Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15

FİNEX TARİXİ


“Finex Kredit” BOKT ASC  10.09.2013-ci ildə Mərkəzi Bankın verdiyi 14 saylı lisenziyası  əsasında, Azərbaycan Respublikasının Bank Olmayan Kredit təşkilatları haqqında qanuna və Maliyyə Bazarlarına Nəzarət Palatasının göstəriş və təlimatlarına uyğun olaraq 18 sentyabr 2013-cü ildən fəaliyyət göstərir.

Təşkilat, kiçik və orta müəssisələrin kredit məhsullarına olan ehtiyacını ödəyən rəqabət qabiliyyətli, peşəkar komandaya malik kredit təşkilatıdır. Şirkət bir çox nüfuzlu təşkilatlarla, maliyyə institutları ilə , banklar və dövlət strukturları ilə sıx əməkdaşlıq edir.
“Finex Kredit” ASC Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil agentidir və Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə sıx əməkdaşlıq edir. Əməkdaşlığın nəticəsi olaraq regionlarda fəaliyyət göstərən fermer və sahibkarlara ğüzəştli kreditlər verilmış, yeni təsərrüfatlar qurulmuş , yeni iş yerləri açılmışdır.

Yarandığı gündən “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı qiymətli kağızlar bazarının aktiv iştirakçısıdır, yüksək gəlirli korporativ istiqrazların emitentidir.  Azərbaycanda ilk 3 şirkətlərdən biri olaraq 24 dekabr 2015-ci il tarixində Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Finex Kredit” BOKT ASC -nin qiymətli kağızları BFB-də standard bazar seqmentində listinqə daxil edilmişdir. “Finex” istiqrazlarının sahibləri bu illər ərzində hər zaman stabil maliyyə gəliri əldə ediblər.

“Finex Kredit” BOKT tarixi boyunca şəffaf idarəetmə və hesabat siyasətini nümayiş etdirir. Təşkilatımız  rəsmi xarici auditoru RSM Global beynəlxalq şirkətidir, hər il yoxlamanın nəticələri (hesabatlar) Kütləvi İnformasiya Vasitələrində yayımlanır.

Şirkətin fəaliyyəti ölkənin böyük bir ərazisini əhatə edir. Müştərilərin maraqlarını və ehtiyaclarını nəzərə alaraq 2013-2018-ci illərdə Gəncə (2 ofis), Zaqatala, Qəbələ, Sumqayıt və Bakıda (3 ofis) regional ofisləri açılmışdır.

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.: +994 50 228 92 40
Faks: +994 12 441 46 27
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə