• 1111

  • 1111

    Qızılın girovu ilə kreditlər

    -Yüksək qiymətləndirmə

    -illik 22%dən başlayaraq

    -Qısa zamanda sənədləşmə

    -Girovların Banklarda saxlanılması

     

  • 1111

    Bizim Strateji Baxış

    “FinEx Kredit BOKT” Açıq Səhmdar Cəmiyyətinin baxışı Azərbaycanda qabaqcıl kredit təşkilatı olmaqdır. Biz elə bir qurum olmaq istəyirik ki, vətəndaşlar və kiçik sahibkarlıqla məşğul olanlar maliyyə xidmətlərinə ehtiyac duyduqda bizə üz tutsunlar.

  • 1111

    “FinEx Kredit

      biznes tərəfdaşlarının mövcud bizneslərinin inkişafı, habelə yeni biznes sahələri yaradılmasında onların maliyyə məsləhətçisi rolunu oynayan bir Təşkilat kimi fəaliyyət göstərir.

     Təşkilatın fəaliyyət coğrafiyası kifayət qədər genişdir, belə ki, müştərilər respublikanın paytaxtını və bölgələri təmsil edir. 

  • 1111

    “FinEx Kredit BOKT” ASC

    2013-ci ilin 18 sentyabr tarixindən etibarən fəaliyyət göstərir.

    Təşkilat, kiçik və orta müəssisələrin kredit məhsullarına ehtiyacını  ödəyən rəqabət qabiliyyətli, peşəkar komandaya malik kredit təşkilatıdır.

    Müştərilər və əməkdaşlar bizim ən dəyərli kapitalımızdır.

Etibarlı "FİNEX" İstiqrazları haqqında

  "Finex" Şirkətlər Qrupuna aid olan "Finanslizinq" və "Finex Kredit" şirkətləri emissiya olunmuş istiqrazlarını Müştərilər üçün sərfəli şərtlərlə təklif edir.

İstiqrazlar üzrə illik gəlirlilik USD ilə olan istiqrazlarda maksimum 9%AZN ilə olan istiqrazlarda isə maksimum 20% vergilər daxil olmaqla təşkil edir.

İstiqraz Sahibləri həm Fiziki, həm də Hüquqi şəxslər ola bilər.

Əmanətlərini İstiqraza çevirən hər bir şəxs stabil və etibarlı gəlir mənbəyi əldə edir. İstiqrazlar hər birinin nominal dəyəri 500 AZN və ya USD olmaqla buraxılır və istənilən müddətə yerləşdirilə bilər.

Bizim Üstünlüklərimiz

-"Finex" İstiqrazları Sahibləri sabit faiz gəliri əldə edir.

-Faizlərin hesablanması vəsaitin daxil edildiyi gündən başlayır

-İstiqraz məbləğinə hesablanmış faizlər Müştərinin istəyi ilə aylıq, rüblük və ya illik ödənilir.

-Sənədləşmə qısa zamanda həyata keçirilir.

-Müştəri istiqraz məbləğini istədiyi vaxta geri çəkə bilər. Bu halda istiqrazın əsas məbləği və vəsaitinin geri çəkildiyi günə olan faizlər müştəriyə tam ödənilir və heç bir cərimə tədbiq edilmir.

-Müştəri istiqrazların girovu ilə sərfəli şərtlərlə kredit almaq imkanı əldə edir.

  

                                   İstiqraz alan müştərilərə kredit şərtləri

Məbləğ

İstiqraz məbləğinin 80-90%-ə qədər

 

Müddət

İstiqraz müddəti

 

İllik faiz

İstiqraz faizi+3%

 

Komissiya haqqı

yoxdur

 

Kreditin qaytarılma şərti

annuitet qaydada (əgər kredit istiqraz məbləğinin 90%-ni təşkil edirsə)

Sərbəst qrafiklə (əgər kredit istiqraz məbləğinin 80%-ni təşkil edirsə)

 

Təminat

Alınmış istiqrazlar