Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

12.12.2018. Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür.

 Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.

 Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.

Ulu Öndərin hakimiyyətdə olduğu 35 ildə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyib. Heydər Əliyev Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. 

“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olmuşdur”. Bu sözləri deyən ulu öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdriklik və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxardı, milyonları öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Hər kəsi sözünün qüdrəti ilə inandırdı. Sözünü əməlləri ilə gerçəyə çevirdi. Düzgün, müdrik siyasəti ilə Azərbaycanı fəlakətlərdən xilas etdi. Meydana silahsız gələn bu dahi insan qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi. Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı.

Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Türk dünyasının bu böyük oğlunun danılmaz xidmətlərindən biri güclü, sabitliyə qovuşmuş Azərbaycan idisə, digəri özünə layiq siyasi varisin yetişdirilməsi idi. O, öz baxışlarını, ideyalarını, öz yolunu davam etdirməyə qadir bir Prezident yetişdirdi. O, uzunömürlü bir dövlətçilik məktəbi və bu məktəbi ondan sonra davam etdirə biləcək bir şəxsiyyət qoyub getdi...

Allah Rəhmət eləsin.

 

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.: +994 50 228 92 40
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə