20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir!
1990-cı il yanvarın 20-də baş
vermiş qanlı hadisədən 34 il ötür. Hər il Ümumxalq
Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi
Azərbaycan Respublikasının müstəqilliyi uğrunda
mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil
olmuşdur. Həmin gün Azərbaycan xalqının azadlıq
uğrunda mübarizliyini təcəssüm etdirir.
Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz
qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman
övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və
bu faciəni heç vaxt unutmayacaqdır.
Allah bütün Şəhidlərə rəhmət etsin!