Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

31.12.2019. Bu gün dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Daha bir Yeni il. Ömrümüzün bir ili də bizi belәcә tərk edir. Köhnə ili isә qəmin, sevincin izi ilә yola salırıq. Bu gün hәm yeni 2020-ci ili qarşılayırıq, hәm dә millətimizin varlığının, qüdrətinin mühüm günü olan Dünya Azәrbaycanlılarının Hәmrәylik gününü keçiririk.  

Yeni il gəlir yeni ümidlər, yeni arzularla. İnşallah, bütün ümidlərimiz və arzularımız çin olsun.

2020 yaşı olan Yeni il bayramı biz daha çox Dünya Azәrbaycanlılarının Hәmrәylik gününün yaranma tarixindәn danışmaq istəyirik. 

Milli günlər və bayramlar xalqın yaşadığı mühüm hadisələrdən uğurla çıxdıqları günün şәrәfinə qəbul edilir. Millətin, dövlətin, vətənin ölüm-dirim savaşından başı uca, üzü ağ çıxan xalqlar bu qüruru, sevinci xatırlamaq, unutmamaq və gələcək nəsillərə ötürmək üçün o günü bayram olaraq keçirirlər. Bu günlərdə qaranlıqdan aydınlığa çıxışın verdiyi mənəvi zövq və özünə inam hisslərinin bəxş etdiyi xoşbəxtlik hakim olur.

28 ildir dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.: +994 50 228 92 40
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə