Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

 

20.04.2018. AMFA-nın 11-ci İllik Təltif Şam Ziyafəti keçirilib

Bu il AMFA mikromaliyyə sektorunda mövcud olan  qabaqcıl təcrübələri öz fəaliyyətində əks etdirən təşkilatları və mikromaliyyə sektorunun tərəqqisinin obyektiv qiymətləndirilməsində əməyi olan 

Ənənəvi olaraq , bu il də Azərbaycanın Mikromaliyyə sahəsinin əsas tənzimləyici orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Sahibkarlar Konfedersiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, bank, bank olmayan kredit təşkilatı, mikromaliyyə sektoruna müxtəlif xidmətlər göstərən partnyor təşkilatlar, Banklar Assosiasiyası və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların  təmsilçiləri olmaqla tədbirdə ümumilikdə, 60-dan çox nümayəndə iştirak etmişdir.

AMFA-nın idarə heyətinin sədri Süleyman Kələşov və icraçı direktoru xanım Jalə Hacıyeva tədbiri açıq elan etdikdən sonra tədbirin rəsmi hissəsində qonaq məruzəçi qismində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquqi təminat idarəsi rəisi vəzifəsini icra edən cənab Tural Feyzullayev  “Daşınar Əmlakın Reyestri” nin funksiyaları ilə bağlı təqdimatla çıxış etdi. Daha sonra iştirakçılar xatirə şəkli çəkdirərək tədbirin qeyri rəsmi hissəsində müzakirələri şam  masası arxasında davam etdirdilər.

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.: +994 50 228 92 40
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə