Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

23.04.2019.AMFA VƏ İFC-nin tədbirində iştirak.

23 aprel 2019-cu il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyası və Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Kənd təsərrüfatında mənfəətli dəyər zəncirlərinin maliyyələşdirilməsi: Mikromaliyyə təşkilatları üçün kreditləşdirmə imkanları” adlı tədbir həyata keçirmişdir.

Tədbir əsasən Mikromaliyyə təşkilatları ,Bank Olmayan Kredit təşkilatlarının nümayəndələri üçün təşkil edilmişdir.

Tədbirin məqsədi sağlam kənd təsərrüfatı portfeli yaratmaq üçün kənd təsərrüfatı sektorunun mənfəətli kreditləşməsi, dəyər zəncirlərinin daxilində maliyyəyə olan ehtiyac və risklərin təsirlərinin azaldılması strategiyaları barədə mikromaliyyə təşkilatlarını məlumatlandırmaqdır.  Mikromaliyyə təşkilatları xüsusilə də nəğd pul dövriyyəsinə əsaslanan kreditləşmə modeli, habelə daha az riskli və daha mənfəətli kənd təsərrüfatı portfelinin inkişafına kömək edə biləcək dəstək həlləri və xidmətləri haqqında məlumat əldə edəcəklər.

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.: +994 50 228 92 40
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə