Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

1.03.2019. Prezidentin imzaladığı Fərmanın icrası ilə əlaqədar MBNP və AMFA-nın təşkilatçılığı ilə BOKT-larla təcili görüş keçirilmişdir!

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fiziki şəxslərin problemli kredit məsələlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə fərman dövlət başçısının kiçik və orta sahibkarlara diqqət ayırmasının təsdiqidir.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) sədri Süleyman Kələşov bildirib ki, bu fərman bank olmayan kredit təşkilatlarını (BOKT) stimullaşdıracaq və bu təşkilatlara daha səmərəli və məsuliyyətli işləməyə kömək edəcək.
Palatanın Bank olmayan kredit təşkilatlarına nəzarət İdarəsinin rəisi Xəyyam İsmayılov qeyd edib ki, bu Fərman kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək.
Onun sözlərinə görə, bu fərman sayəsində ölkəyə xarici investisiya axınını artırmaq mümkün olacaq: Bu, həm də BOKT-ların təkrar maliyyələşməsində müsbət rol oynayacaq. Burada əsas məqsəd məşğulluğu artırmaq, həm də yeni kreditlərin verilməsini təmin etməkdir.
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda göstərildiyi kimi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir.
Bununla əlaqədar MBNP Rəhbərliyi bütün kredit təşkilatlarına qısa müddətdə fiziki şəxslərin problemli kreditlərinin həllinə dair Fərmanın icrası ilə əlaqədar yuxarıda göstərilən məsələlərin icrasını və ictimaiyyətlə düzgün kommunikasiyanın qurulmasını tapşırmişdir.

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.:
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə