Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

09.12.2016. BEYNƏLXALQ İNVESTİSİYA KONFRANSI KEÇİRİLİB.

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (İCD) təşkilatçılığı ilə Beynəlxalq İnvestisiya Konfransı keçirilmişdir. Dekabr ayının 8 də keçırılən tədbirdə 24 ölkədən kənd təsərrüfatı, ərzaq, sənaye, maliyyə xidmətləri, təhsil və turizm sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib. Azərbaycan Respublikasının Prezidenti islam ölkələri ilə əməkdaşlığın genişləndirilməsini ölkənin xarici siyasət prioritetlərindən biri kimi müəyyənləşdirib. Məhz buna uyğun olaraq, müxtəlif sahələrdə əlaqələrimizin inkişaf etdirilməsi üçün zəruri tədbirlər görülür.Konfransın keçirilməsində əsas məqsəd iş adamlarını Azərbaycana investisiya qoyuluşu imkanları ilə tanış etmək, konkret layihələr üzrə müzakirə aparmaqdır. 

Konfrans çərçivəsində Azərbaycanda sabit investisiya mühitinin yaradılması, ölkəmizin investisiya imkanları və Azərbaycanda fəaliyyət göstərən xarici investorların təcrübəsinə dair sessiyalar keçirilib. Sessiyalarda Azərbaycanın biznes və investisiya imkanlarına, bu sahədə həyata keçirilən tədbirlərə, ölkəmizin investisiya potensialına dair məlumat verilib, təqdimatlar keçirilib, Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri təcrübələrini bölüşüb, əməkdaşlıq və sərmayə qoyuluşu imkanlarına dair müzakirələr aparılıb, investorları maraqlandıran suallar cavablandırılıb. Konfransda "FinexKredit Bokt" ASC-nin idarə heyətinin üzvləri iştirak etmişdilər.

 


 

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.:
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə