Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

14.03.2019. ABA və Beynəlxalq Maliyyə Korporasiyasının təşkil etdiyi konfransda iştirak.

"Finex Kredit" BOKT ASC-nin İdarə Heyətinin sədri Rəşad Şöhrət oğlu Qasımov Azərbaycan Banklar Assosiasiyası və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC)  "Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi" çərçivəsində 14 mart 2019-cu ildə Hilton otelinin Sevda zalında təşkil etdiyi “Azərbaycanda rəqabətli kənd təsərrüfatının inkişafı: kənd təsərrüfatında mənfəətli dəyər zəncirlərinin maliyyələşdirilməsi” adlı konfransda iştirak etmişdir. 
Konfransın əsas məqsədi kənd təsərrüfatında gəlirli və perspektivli dəyər zənciri iştirakçılarının maliyyə təşkilatları üçün maraqlı olmasının rəqəmlərlə nümayiş etdirilməsi və həmin iştirakçıların maliyyəyə olan ehtiyaclarını göstərməkdir. Kənd təsərrüfatında gəlirli və perspektivli olan dəyər zəncirləri, həmin dəyər zənciri iştirakçılarının maliyyəyə olan ehtiyacları və həmin maliyyəni qaytarmaq imkanları IFC tərəfindən son bir ildə aparılmış bir sıra tədqiqatlara əsaslanır. 
Bundan əlavə, kənd təsərrüfatı maliyyələşməsində olan risklər və həmin rikslərin qarşısının alınması barədə tədbirlər də konfransda müzakirə olunmuşdur.
Aparıcı ölkələrin bankirlərinin iştiraki ilə təşkil olunan konfrans maliyyə təşkilatlarının rəhbərləri üçün nəzərdə tutulmuş və kənd təsərrüfatının cari tarixdə maliyyə təşkilatlarına nə üçün maraqlı olması barədə təqdimatları əhatə etmişdir.

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.:
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə