Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
≡
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen
15.04.2020 BOKT-lar Koronavirusla Mübarizə Fonduna böyük məbləğdə vəsait köçürüb!
Azərbaycanın mikromaliyyə təşkilatları ölkədə həyata keçirilən sosial məsuliyyət təşəbbüslərində yaxından dəstək verirlər.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) məlumatına görə, ölkənin Bank Olmayan Kredit Təşkilatları (BOKT) Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşularaq, dövlət başçısının 19 mart tarixli fərmanı ilə yaralılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna böyük məbləğdə vəsait köçürüblər.
Xatırladaq ki, Prezident İlham Əliyev 19 mart tarixində əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı imzaladığı fərmana əsasən ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə ölkə əhalisinin təhlükəsizliyinə xidmət edən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. İndiyədək Fonda 111,8 milyon manatdan artıq vəsait toplanıb.