Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

1.05.2019. Bu gün KOB evi layihəsinin təqdimatı baş tutub.

Bu gün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkil etdiyi tədbirdə KOB evi layihəsinin təqdimatı baş tutub.

Kiçik və orta biznes (KOB) evləri – sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada həyata keçirildiyi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin struktur bölmələridir.

KOB evlərinin fəaliyyətinin məqsədləri - sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq vahid məkanda, əlaqələndirilmiş formada, yeni üslubda, müasir innovasiyaları tətbiq etməklə “G2B” (dövlət-biznes) və “B2B” (biznes-biznes) xidmətlərinin göstərilməsi, hər bir xidmətin sahibkar məmnunluğu təmin edilməklə qanunauyğun, keyfiyyətli və şəffaf həyata keçirilməsi, sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə onlara təlim, məsləhət, informasiya, beynəlxalq mübadilə proqramlarında iştirak və digər dəstək xidmətlərinin göstərilməsi, biznes ideyasına malik şəxslərin ideyalarının dəqiqləşdirilməsi və sahibkarlıq fəaliyyətinə başlamalarına şərait yaradılması, yeni biznes ideyaların və startapların dəstəklənməsi, kiçik və orta biznes subyektlərinin hüquqlarının, maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edilməsidir.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 9.2-ci bəndinə əsasən mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə vahid “G2B” (dövlət–biznes) elektron reyestrə daxil olan xidmətlərin göstərilməsi və hüquqmüəyyənedici sənədlərin verilməsi, həmin reyestr fəaliyyətə başlayana qədər isə “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” üzrə xidmətlərin KOB evləri vasitəsilə həyata keçirilməsi müəyyən edilmişdir.

 

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.:
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə