Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

26.02.2020. Bu gün Xocalı soy qırımı törədilmişdir!

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib, soyqırımı törədiblər. 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 197 nəfər itkin düşüb. Xocalı Dağlıq Qarabağın ən mühüm şəhərlərindən biri idi. Onun böyük hərbi əhəmiyyəti var idi. Qarabağda yeganə hava limanı burada yerləşirdi. Xocalı həm də xalqımızın ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən biri idi. Xocalı hadisəsi təkcə Azərbaycanda, onun xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır, misli görünməmiş cinayətdir.

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.:
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə