Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

12.03.2019.Bu gün Yel Çərşənbəsidir!
Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsində Yel Baba yatmış torpağı silkələyib oyadır, cana gətirir. Əski etiqadlara görə, məhz o gün “qara nəhr”də yatmış dörd cür külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir, sonra isə hər biri bir libasda özünü göstərir.
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görür. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Analar uşaqları üçün təzə pal-paltar alır. Qız-gəlinlər böyük sevinclə şirniyyat hazırlayır. Həmin gün xeyli boy atmış səməninin ortasına qırmızı qumaş bağlanır.
Sudan, Oddan, Yeldən keçib axır çərşənbənin - Torpaq çərşənbəsinin astanasına yetişdik. Sularımız axsın, ocağımız yansın, küləyimiz əssin, torpağımız dirçəlsin. Çərşənbələr hamımıza uğur, bərəkət gətirsin!

 

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.: +994 50 228 92 40
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə