Azərbaycan Respublikasında Hərbi vəziyyət elan edilməsi haqqında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Fərman imzalamış və həmin Fərmanın icrası olaraq nəzərdə tutulmuş tədbirlər həyata keçirilməyə başlanılmışdır. Bütün Azərbaycan xalqı kimi “FinexKredit” BOKT-da ordumuzun, qəhrəman əsgərlərinin yanında olduğunu bəyan etməklə, onlara dəstək olmağa çalışır.
Bununla bağlı Şirkətin İdarə Heyətinin sədri Rəşaq Qasımov bildirmişdir ki, "Cənab Prezident, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin bütövlüyu uğrunda və işğaldan azad olunması istiqamətində aparılan uğurlu hərbi əməliyyatlar, ordumuzda olan ruh yüksəkliyi və döyüş əzmkarlığı bizim kollektivi çox sevindirir. İnanırıq ki, bu haqq mübarizəsində qələbə bizim tərəfimizdə olacaq.
Bu səbəbdən Şirkətin Müşahidə Şurasının qərarına uyğun olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 manat vəsait köçürülmüş, döyüş bölgəsində olan əskərlərimizə yardım edilmiş, bu dövrdə hərbi əməliyyatlarda iştirak edən hərbçi müştərilərinin kredit faizlərinin hesablanması dayandırılmış, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın və ailə üzvü şəhid olmuş borcluların şirkətə olan kredit borclarının ləğvi qərarı verilmişdir.
Bu savaşda həyatını itirən oğulların Vətənə borcu qalmayıbsa, demək ki, bizə də qala bilməz. Hərbçilərimizin qələbə xəbərlərini gözləyir və sağ-salamat evlərinə dönmələrini arzulayırıq!”
“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 2013-cü ildən Dövlət qeydiyyatından keçmişdir. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv fəaliyyət göstərir. “Finex Kredit” BOKT öz fəaliyyətini müasir beynəlxalq maliyyə standartlarına uyğun şəffaf tərəfdaşlıq prinsipləri əsasında quraraq Dövlət qurumları və fondları ilə geniş əməkdaşlıq edir. Şanlı Azərbaycan Ordusuna Eşq olsun! Qarabağ Azərbaycandır!
Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.:
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə