Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

07.03.2018.“Finex Kredit” BOKT AMFA-ya üzv seçilmişdir.

6 Mart 2018-ci il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) illik ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda “Finex Kredit BOKT” Açıq Səhmdar cəmiyyətinin AMFA-ya üzv seçilməsi məsələsinə baxılmış və müsbət qərar verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması çərçivəsində AR MBNP tərəfindən beynəlxalq mütərəqqi təcrübələr əsasında davamlı tədbirlər həyata keçirilir. Bank olmayan kredit təşkilatları fəaliyyətinin əlaqələndirilməsi, mikromaliyyə bazarının inkişafı, habelə ümumi mənafelərin birgə təmsil edilməsi  məqsədi ilə müvafiq assosiasiya fəaliyyət göstərir. Sektorun sağlamlaşdırılması və inkişafı istiqamətində assosiasiya çərçivəsində aparılan işlər öz töhfəsini verməkdədir.

“Finex Kredit”  Bank olmayan kredit təşkilatı Azərbaycan mikromaliyyə bazarının aktiv iştirakçısı olaraq bu assosiasiyanın fəaliyyətində  yaxından iştirak etmək qərarı vermiş və bu əməkdaşlıq üzrə geniş proqram hazırlamışdır.

Qeyd edək ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası 2001-ci ilin dekabr ayının 19-da təsis edilmişdir.

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.: +994 50 228 92 40
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə