Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

Müştəri məmnuniyyəti və rahatlığını daim üstün tutan "Finex Kredit" BOKT ASC regionlarda filial şəbəkəsini genişləndirməyə davam edir! Müştərilərə daha yaxın və əlçatan olması üçün yeni Masallı filialı müştərilərin ixtiyarına verilib. 

Masallı şəhərində yerləşən filialda müştərilərə yüksək xidmət göstərilməsi məqsədi ilə bütün lazımi şərait yaradılmış, filial müassir dizayn və texnoloji avadanlıqlarla təchiz edilmişdir.

Rəsmi açılış mərasimində şirkət rəsmiləri, o cümlədən Müşahidə Şurasının sədri Azad Cavadov və İdarə Heyətinin sədri Leyli Məmmədova iştirak ediblər.  

"Finex Kredit" BOKT ASC- nin Müşahidə Şurasının sədri Azad Cavadov öz çıxışında qeyd edib ki, bu say hesabı ilə şirkətin 5-ci filialıdır. O, yaxın zamanlarda əlavə daha 3 filialın açılışının planlaşdırılırdığını vurğulayıb və bildirib ki, Masallı filialının açılmasında məqsəd, bu  regionda təmsil olunmaq, ucuz və sərfəli kredit şərtlər ilə əhaliyə xidmət göstərməkdir. Azad Cavadov müştərilərə təklif edilən kredit növləri sırasında, qızılın girovu ilə kredit, istehlak kreditləri, avtokredit və avtolizinq, biznes və sahibkar kreditlərini aylıq 1,4%-dən başlayaraq müştərilərə təklif ediləcəyini söyləyib.

Qeyd edək ki, Masallı şəhəri, M.Talışxanov ünvanında yerləşən filial həftə içi hər gün saat 09:00-dan 18:00-dək müştərilərə xidmət göstərəcək. Müştərilər kredit sifarişi ilə bağlı günün istənilən saat (24/7) müraciət edə bilərlər.   

Əlaqə: (055) 202-33-11

Mail: info@finexkredit.az

www.finexkredit.az  

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.:
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə