Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
≡
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen
19.01.2019. Finex Kredit” BOKT ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. 19 yanvar 2019-cu il tarixində “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatının səhmdarlarının ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda “Finex Kredit” BOKT-ın 2018-ci il maliyyə nəticələri müzakirə edilmiş, Beynəlxalq audit rəyi təsdiqlənmişdir. 2018-ci ilin yekun hesabatına əsasən şirkətin aktivləri 2 dəfə, Kredit portfeli 168,2%, Müştəri sayı 159% artmışdır. Mənfəət göstəricisi 2017-ci ilə nisbətən 3,7 dəfə artaraq 189 870 manat təşkil etmişdir. İclasda şirkətin 2019-cu il üçün proqnoz və büdcə göstəriciləri müzakirə edilərək təsdiq edilmişdir. Qısa, orta və uzun müddətli hədəflər qəbul edilmişdir. Nizamnamə kapitalının 200 000 manat artırılaraq 1 000 000 manata çatdırılması barədə qərar qəbul edilmişdir. “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 14 iyun 2013-cü ildən Dövlət qeydiyyatından keçmişdir. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv fəaliyyət göstərir. “Finex Kredit” BOKT öz fəaliyyətini müasir beynəlxalq maliyyə standartlarına uyğun olaraq şəffaf tərəfdaşlıq prinsipləri əsasında qurmuşdur. Şirkətin rəsmi auditoru RSM-Azərbaycan audit şirkətidir.
Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.:
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə