Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

 

13.09.2019. “Finex Kredit” BOKT “Express Pay” ödəmə terminallarına qoşulub!

“FinexKredit” Bank Olmayan Kredit Təşkilatı müştərilərin kredit ödənişlərini rahat və operativ təşkil etmək məqsədi ilə “Express Pay” ödəmə terminallarına qoşulmuşdur. Bundan sonra şirkətin satış ofislərinə kredit ödənişi üçün yaxınlaşmağa ehtiyac qalmır. Terminallar vasitəsi ilə aparılan bütün ödənişlər real vaxt rejimində kredit təşkilatının əməliyyat sisteminə transfer edilir. Bu addım təşkilatın müştərilərinin rahatlığını təmin etməklə yanaşı ölkədə  nağdsız hesablaşmaların həcminin artırılması və elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi proqramının icrasına xidmət edir. Şirkətin strateji inkişaf proqramı korporativ idarəetmə mexanizmlərinin təkminləşdirilməsini,  müştəri-menecer əlaqələrinin minimuma endirilməsini nəzərdə tutur. Proqram çərçivəsində bu ilin əvvəlində  “Finexkredit” BOKT ASC “Milli Kart” MMC və “Azərpoçt” MMC ilə bağladığı üç tərəfli müqaviləyə əsasən öz müştərilərinə plastik kart vasitəsi ilə kreditlərin verilməsinə başlamışdır. Növbəti mərhələdə şirkətin bütün filialları bu layihəyə qoşulmuşdur və  kredit məhsulu müştərilər tərəfindən razılıqla qarşılanaraq onların rahat və operativ şəkildə maliyyə xidmətlərindən istifadə etməsinə xidmət etmişdir.

  “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 2013-cü ildən Dövlət qeydiyyatından keçmişdir. Hal-hazırda şirkət öz fəaliyyətini baş ofis və 10 filialı vasitəsi ilə aparır. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv fəaliyyət göstərir. “Finex Kredit” BOKT öz fəaliyyətini müasir beynəlxalq maliyyə standartlarına uyğun şəffaf tərəfdaşlıq prinsipləri əsasında quraraq Dövlət qurumları və fondları ilə geniş əməkdaşlıq edir. Şirkətin rəsmi auditoru RSM-Azərbaycan beynəlxalq audit şirkətidir.

 

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.:
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə