Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

12.04.2019. “Finex Kredit” BOKT “İlin innovativ məhsulunu təqdim edən qabaqcıl təşkilatı” adına layiq görülüb.

12 aprel 2019-cu il tarixində Azərbaycan Mikromaliyyə Assosasiyasının təşkil etdiyi 12-ci İllik Təltif Şam Ziyafəti və AMFA-nın yaranmasının 15-ci ildönümü qeyd olunmuşdur. Tədbirdə Dövlət və özəl qurumların nümayəndələri, ölkəmizin qabaqcıl Banklarının və Kredit təşkilatlarının təmsilçiləri iştirak etmişlər. “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı da bu yubiley tədbirinə dəvət alaraq qoşulmuşdur. AMFA-nın idarə heyətinin sədri, cənab Süleyman Kələşov və AMFA-nın İcraçı direktoru, xanım Jalə Hacıyeva açılış nitqləri ilə tədbir iştirakçılarını salamlamışlar. Bundan sonra Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli konfederasiyanın Prezidenti, cənab Məmməd Musayev və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr müavini, cənab Əfqan Baxışov çıxış edərək AMFA-nın 15 ildə gördüyü işlər, layihələr haqqında danışaraq AMFA nümayəndələrinə gələcəkdə bu istiqamətdə işlərin daha da genişləndirilməsini arzulamış, yeni uğurlar diləmişdirlər. Ziyafətdə ilin qabaqcıl maliyyə təşkilatları üç nominasiya üzrə mükafatlandırılmışlar. “İlin innovativ məhsulunu təqdim edən qabaqcıl təşkilatı” nominasiyasının qalibi “Finex Kredit” BOKT elan olunmuş və müvafiq sertifikatla mükafatlandırılmışdır. Digər nominasiyaların qalibləri “İlin Kiçik və Orta Sahibkarlığa dəstək verən qabaqcıl təşkilatı” - Bank Respublika, “İlin gənclərin inkişafına dəstək verən qabaqcıl təşkilatı” - AccessBank elan edilmişlər.
www.finexkredit.az

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.:
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə