“Finex Kredit” ASC-nin nizamnamə kapitalının 800 min manata çatdırılması barədə 2017-ci ilin əvvəlində qarşıya qoyulmuş strateji hədəfin bu ilin sonunadək təmin edilməsi planlaşdırılır”.
Hazırda “Finex Kredit”in nizamnamə kapitalı 600 min manatdır. Əgər yeni kapital artırımı uğurla reallaşarsa təşkilatın kapitalı 200 min manat da artacaqdır. Kapitalın artırılması hesabına əldə ediləcək vəsait kreditləşmənin genişləndirilməsinə sərf olunacaqdır. Qeyd edək ki, “Finex Kredit” ASC 2013-cü ildə 300 min manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb. Ötən 4 ildə təşkilatın kapitalı 2 dəfə artıb.