Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

Məlumat üçün bildiririk ki, Müşahidə Şurasının 31.10.2023-cü il tarixində keçirilmiş iclasında qəbul edilmiş qərara əsasən 01 dekabr 2023-cü il tarixində, saat 12:00-da Bakı şəhəri, S.Rüstəm küçəsi, 11 ünvanında yerləşən “Finex Kredit” BOKT ASC-nin Baş ofisində səhmdarların Növbədənkənar Ümumi Yığıncağının keçirilməsi qərara alınmışdır.  

Səhmdarların Növbədənkənar Ümumi Yığıncağı 01 dekabr 2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, S.Rüstəm küçəsi, 11 ünvanında yerləşən “Finex Kredit” BOKT ASC-nin Baş ofisində keçiriləcəkdir.

Ümumi Yığıncağın gündəliyində müzakirəyə çıxarılmalı olan məsələlər barədə səhmdarlara göndərilmiş məktuba cavab olaraq Səhmdar Azad Cəbrayılov gündəliyə aşağıda qeyd edilən məsələrin əlavə edilməsini təklif etmişdir. Həmin məsələləri diqqətinizə çatdırırıq.

1.       Nizamnaməyə dəyişiklik;

2.       Müşahidə Şurasının tərkibində dəyişiklik və Müşahidə Şurasının formalaşdırılması;

3.       Əvvəliki dövr üçün Səhmdarların Ümumi Yığıncağıının və Müşahidə Şurasının protokollarının bəyənilməsi barədə;

4.       İdarə Heyətinin formalaşdırılması.

5.       Digər məsələlələr.

Səhmdar cəmiyyəti haqqında Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən Səhmdarların tələbi ilə ümumi yığıncağın gündəliyində dəyişikliklər edilməsi Nizamnamə fondunun azı onda bir hissəsinə malik olan səhmdar (səhmdarlar) öz məqsədini və dəlillərini göstərməklə bu və ya digər məsələnin səhmdarların ümumi yığıncağının başlanmasına ən geci 10 gün qalanadək onun gündəliyinə salınmasını, tələb edə bilər.

Həmin Qanunun 16.2-ci maddəsinə əsasən   İdarə heyəti səhmdarın (səhmdarların) tələb etdiyi məsələni ümumi yığıncağın gündəliyinə daxil etməli və bu barədə yığıncağın başlanmasına ən geci bir həftə qalmış səhmdarlara məlumat verməlidir.

Həmin Qanunun 16.3-cü maddəsinə əsasən İdarə heyəti bu maddənin 2-ci bəndində göstərilən öhdəliyi yerinə yetirmədikdə səhmdarların tələb etdiyi məsələ 3 gün ərzində müşahidə şurası tərəfindən ümumi yığıncağın gündəliyinə salınır.

Həmin Qanunun 13.2-ci maddəsinə əsasən İdarə heyəti nizamnamədə nəzərdə tutulmuş qaydada, səhmdarların ümumi yığıncağının başlanmasına azı bir həftə qalmış iclasın gündəliyinə daxil edilmiş məsələlər haqqında səhmdarın tələbi ilə ona lazım olan məlumatları verməyə borcludur.

Göstərilənlərə əsasən gündəliklə və iclasın keçirilməsi ilə bağlı hər hansı təklifiniz olarsa və ya iclasın gündəliyinə daxil edilmiş məsələlər haqqında məlumatlarla tanış olmaq istəsəniz xahiş edirik şirkətin Baş ofisinə müraciət edəsiniz.

 

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.:
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə