Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

02.08.2017. "FinexKredit"-nin sədri Fərid Həmidov Fins.az saytına müsahibə vermişdir.

Dinamik inkişaf edən şirkət!

Azərbaycan maliyyə bazarında baş verən mühüm dəyişiklər fonunda dinamik inkişaf nümayiş etdirən şirkətlərdən biri də Finex Kredit BOKT ASC-dir.

Bu günkü müsahibimiz Finex Kredit Bank Olmayan kredit təşkilatının İdarəHeyətinin sədri Fərid Həmidovdur.

Zəhmət olmasa şirkət haqqında qısa məlumat verərdiz

- FinEx Kredit Bank Olmayan Kredit Təşkilatı ASC 2013-cü ildən etibarən Maliyyə bazarında aktiv şəkildə fəaliyyət göstərir. Fəaliyyətini korporativ standartlar üzərində quran şirkətimiz müştərilərə keyfiyyətli xidmət göstərməyi hər zaman ən prioritet hədəf hesab etmişdir. Fəaliyyət müddətimiz 4 ili əhatəetsədə, qısa müddət ərzində bir çox uğurlar əldə etmişik. Şirkətimiz qısa dövr ərzində kapitalını 2 dəfə, kredit portfelini 11 dəfə, aktivlərini isə 12 dəfəyədək artırmışdır. Həmçinin bu dövr ərzində Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Azərbaycan Mikromaliyyə Assosasiyası, yerli kommersiya bankları, sığorta vəinvestisiya şirkətləri ilə uzunmüddətli və dayanıqlı əlaqələr qurulmuşdur. Hal-hazırda şirkətimiz Bakı, Gəncə, Zaqatala və Qəbələ şəhərlərində yerləşən filialları ilə təmsil olunur.

Hansı sahələrə kreditlər ayırırsız?

- Hal-hazırda şirkətimiz ipoteka kreditləri istisna olmaqla, bütün növ kreditlər üzrə bazarda təmsil olunur. Maliyyə Bazarlarına Nəzarət Palatasının daha dayanıqlı bank sisteminin təmin olunması istiqamətində atdığı addımları yüksək qiymətləndirir və təsdiq etdiyi banklarda və kredit təşkilatlarında kreditlərin verilməsi qaydalarına uyğun olaraq, biznes, istehlak, kənd təsərrüfatı kimi kredit məhsullarını müştərilərimizə təklif edirik. Son zamanlar Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sahibkarlara verdiyi dəstəyi nəzərə alaraq, daha çox regionlarda sahibkarlığın və kənd təsərrüfatının inkişafı məqsədilə verilən kreditlərdə aktiv şəkildə iştirak etmişik və bu prosesi bugün dədavam etdiririk. Belə ki, son 2 il ərzində şirkətimiz tərəfindən sahibkarlığa vəkənd təsərrüfatının inkişafına dəstək məqsədilə 70-ə yaxın təsərrüfat subyektinə900 000 manatdan artıq güzəştli kreditlər ayrılmışdır.

Qiymətli Kağızlar bazarında aktiv şəkildə iştirak edən şirkət kimi tanınırsız. Bu barədə nə deyə bilərsiz?

- Finex Kredit fəaliyyətə başladığı tarixdən etibarən qiymətli kağızlar bazarının ən aktiv iştirakçılarından birinə çevrilmişdir. Lakin, şirkətimizin bu növ maliyyəaləti ilə tanışlığı daha əvvələ dayanır. Bildiyiniz kimi, biz bazarda Finex Şirkətlər qrupu kimi təmsil olunuruq və qrupa Finex Kredit ASC-dən başqa, lizinq fəaliyyəti ilə məşğul olan FinansLizinq şirkəti də daxildir. Finex Group 14 nəfər müxtəlif sahələri və peşələri təmsil edən fiziki şəxs tərəfindən təsis edilmiş və 10 ildən çoxdur ki, maliyyə bazarında uğurla fəaliyyət göstərir.Bu müddət ərzindəqrup olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası ilə sıx əməkdaşlıq quraraq, çoxlu sayda istiqraz emissiya etmiş vəuğurla bazarda yerləşdirmişik. Bakı Fond Birjasının “listinq”inə daxil olan ilk dörd şirkətdən ikisi məhz bizim şirkətlər olmuşdur. İlk emissiyasını 2008-ci ildə həyata keçirən şirkətlər qrupu, bu günə kimi ümumi sayı 27, məbləği isə 5 400 000 manat və 3 600 000 ABŞ dollarından çox olmaqla korporativ istiqraz emissiya etmişdir. Bütün emissiyalar uğurla yerləşdirilmişdir. İstiqrazların satışı ilə bağlı fiziki şəxslərlə 160-a yaxın əqd, hüquqi şəxslərlə isə 20-dən çox əqd bağlanmışdır. Qeyd edim ki, hal-hazırda qrup üzrə iki ədəd istiqraz emissiyamız qeydiyyat prosesindədir. Şirkətlərimiz bu illərdə etibarlı tərəfdaş kimi müştərilərinin rəğbətini qazanmışdır və artıq uzun müddətdir ki, istiqraz müştəriləri sırasında fiziki şəxslərlə yanaşı ölkənin nüfuzlu sığorta və investisiya şirkətləridə mövcuddur.

Gələcəkdə şirkətlərinizdə hansı yeniliklər gözlənilir?

- Finex Group olaraq, gələcəkdəəsas məqsədimiz şirkətin dayanıqlı inkişaf dinamikasını təmin etmək və müştərilərə daha da keyfiyyətli xidmət göstərməkdir. Hal-hazırda istər baş ofisdə, istərsə də filiallarda kifayət qədər peşəkar komanda ilə fəaliyyət göstəririk və gələcəkdə xidmət səviyyəsini daha da yüksəltmək üçün əməkdaşlarımızın peşəkarlıq səviyyəsini daha da artırmaq niyyətindəyik. Həmçinin, müştərilərə göstərilən xidmət səviyyəsini daha da yüksəltmək üçün CRM (Customer Relationship Management) sistemini təkmilləşdirməyi planlaşdırırıq.

Bundan başqa, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ölkənin maliyyəsektorunda yaradılan münbit şəraitdən və geniş imkanlardan istifadə edərək, gələcəkdə istər kredit portfelini, istərsə də, yeni cəlb etmə alətlərindən istifadəetməyi düşünürük. Bu istiqamətdə bazarda yeni-yeni tanınmağa başlayan, xarici bazarlarda isə proqressiv maliyyə aləti kimi istifadə olunan veksellərin buraxılışına hazırlaşırıq. Həmçinin, mövcud və gələcəkdə emissiyası düşünülən istiqrazlar üzrə təkrar bazar mexanizmlərinin tətbiqini planlaşdırırıq.

Şirkətimiz tərəfindən 2017-ci ilin sonuna qədər daha dayanıqlı və etibarlı inkişafı təmin etmək məqsədilə nizamnamə kapitalının artımı da gözlənilir.

Bundan başqa, yeni müştəri seqmentinə çıxışı təmin etmək və satış kanallarını genişləndirmək məqsədilə gələcəkdə şirkətin filial şəbəkəsinin artırılması nəzərdə tutulur.

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.:
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə