Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

25.05.2019. “FinexKredit” tərəfindən kompensasiyaların ödənişi başa çatmaq üzrədir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli  Fərmanından və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət palatasının  “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasından irəli gələn məsələlərin həlli istiqamətində “FinexKredit” BOKT-da işlər başa çatmaq üzrədir. Bu müddət ərzində bütün müştərilər müvafiq qaydada məlumatlandırılımış, şirkətdə yaradılmış xüsusi qərargah və qaynar xətt vasitəsi ilə operativ əlaqə saxlanılmış ve yaranan suallar cavablandırılmışdır. Şirkətin baş ofisi və filialları gücləndirilmiş iş rejimində işləmişlər. Fərman əhatə edən müştərilərin artıq 93,5% kompensasiyalardan faydalanmışlar. Ödənişlərin 90,7%  vaxtı keçmiş kredit borclarına yönəlmiş, 9,3% isə müştərilərin banklarda olan hesablarına köçürülmüşdür. Kompensasiya və restrukturizasiya üçün müştərilərdən 050 228 9244 telefon nömrəsinə zəng etmələri və yaxud “FinexKredit” ASC-nin ofislərinə yaxınlaşmaları xahiş olunur.

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.: +994 50 228 92 40
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə