Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

   “Finex Kredit” BOKT ASC qiymətli kağızlar bazarında istiqrazların buraxılması və idarə olunması prosesinin təşkili üzrə bir sıra tədbirlər həyata keçirir.

  Belə ki, “ Finex Kredit” BOKT ASC nominalı 500 AZN olan, illik faiz dərəcəsi 17,7 %- lə, ümumilikdə 931 500 AZN  məbləğində istiqraz emissiya etmişdir.   Emissiya edilən istiqrazları həm fiziki, həm də hüquqi şəxslər əldə edə bilərlər.

    İstiqrazların tədavül müddəti, 24 aya qədər davam edir. İstiqrazlar üzrə faizlərin ödənilməsi tezliyi  ayda bir dəfə olmaqla həyata keçirilir. “Finex Kredit”  BOKT ASC- nin istiqrazlarının buraxılışının anderrayteri  “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC- dir.

    İstiqraz mülkiyyətçilərinə aşağıdakı hüquqlar verilmişdir:

        - İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 1 (bir) aydan bir faiz ödənişi almaq;

       - İstiqrazların tədavül müddətinin  istənilən dövründə, onun nominal dəyərini emitentdən geri almaq;

       -Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hüquqlar.

    Yeni tədavülə buraxılan “Finex Kredit” istiqrazları haqqında ətraflı məlumat əldə  etmək üçün (012) 440-56-15 nömrəsinə zəng etməyiniz  kifayətdir!

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.:
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhifəHaqqımızdaXəbərlərKreditlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə