“Finex Kredit” BOKT ASC öyrənməyə açıq, təşəbbüskar, yenilikçi, motivasiyalı və həvəsli gənclər üçün yaratdığı “Maliyyə Savadlılığı” adlı Təcrübə proqramına start verdi!
Təcrübəli komandamız sizlərə öz ideyalarınızı və yaradıcılığınızı paylaşa biləcəyiniz öyrənmə imkanları təqdim edir. 3 aylıq bonuslu proqramımız ərzində siz real iş mühiti ilə tanış olacaq və maliyə sahəsində ilkin iş təcrübəsinə yiyələnə biləcəksiniz.
“Maliyyə” təcrübə proqramının həyata keçrilməsi tələbələrin peşə bacarıqlarını inkişaf etdirməyə və ilkin praktik təcrübənin əldə edilməsinə kömək edir. Bu proqramın mahiyyəti Maliyyə sahəsində praktiki iş təcrübəsi əldə etməyə yönəldilmişdir. Təcrübə zamanı tələbə müəssisədə maliyyə sisteminin öyrənilməsi, marketinq araşdırmalarının aparılması, müasir zamanın vacib tələblərindən biri olan informasiya axının düzgün idarə edilməsi və digər iqtisadi bilikər və praktiki vərdişlər əldə edəcək.
“Maliyyə” təcrübəsinin məqsədləri:
1.Təşkilatın maliyyə fəaliyyətinin təhlili , o cümlədən onun missiyası, iqtisadi maliyyə fəaliyyətin vəzifələri, bazar şəraiti, təşkilati struktur, maliyyə proseslərinin öyrənilməsi;
2. Bütövlükdə təşkilatın və onun filial şəbəkələrinin iqtisadi maliyyə fəaliyyətinin göstəricilərinin dinamikasının öyrənilməsi;
3. Zəruri analitik hesablamaların aparılması və fəaliyyətin səmərəliliyinin yüksəldilməsi üçün əsas maliyyə istiqamətlərin və təşkilatın inkişaf perspektivlərinin müəyyən edilməsi.
Tələbələr təcrübə proqramında iştirak etməklə aşağıdakı məsələləri bilməli və öyrənməlidirlər:
1. Maliyyə fəaliyyətin mahiyyəti, xarakterik xüsusiyyətlərini.
2. Maliyyə sisteminin funksiyaları.
3. Müəssisənin xarici partnyorlarla valyuta – maliyyə münasibətlərini.
4. Maliyyə hesablaşmalarının təşkili qaydalarını. Birbaşa investisiyalar, maliyyə xüsusiyyətləri.
4. Maliyyə sistemini tənzimləyən əsas konvensiyaları. İnvestisiya layihələrinin qiymətləndirilməsi qaydaları. Müəssisənin maliyyə fəaliyyəti, əsas istiqamətləri. Müəssisənin maliyyə sisteminin tənzimlənməsi səviyyələri və xüsusiyyətləri.