Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15
azruen

17.04.2019. MBNP, KOBİA və ABA sıx əməkdaşlıq edəcək!

Aprelin 17-də Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında niyyət protokolu imzalanıb. Protokolu MBNP-nin idarə heyəti sədrinin vəzifəsini icra edən İbrahim Alışov, KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və ABA-nın prezidenti Zakir Nuriyev imzalayıblar.

Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışlarının genişləndirilməsi, onların maliyyə savadlılığının artırılması məqsədilə KOBİA, MBNP və ABA birgə əməkdaşlıq edəcək. Sənədə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası, KOBİA və ABA KOB-ların maliyyələşdirilməsi üçün dövlət maliyyə dəstəyi və özəl maliyyə-kredit təşkilatlarında tətbiq edilən mövcud mexanizmlərin effektivliyinin müzakirə edilməsi üçün birgə konsultativ platforma yaradacaq, KOB-ların maliyyələşdirilməsində beynəlxalq təcrübəyə əsaslanan innovativ və alternativ maliyyələşdirmə mexanizmlərinin tətbiqi imkanlarını araşdıracaq, KOB-ların qiymətli kağızlar bazarına çıxışının və müvafiq bazar alətlərindən istifadəsinin təşviqi istiqamətlərində birgə əməkdaşlıq edəcəklər.

İbrahim Alışov çıxışında son dövrlərdə qeyri-neft sektorunun təşviq edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkənin maliyyə bazarlarında nəzərəçarpan müsbət dəyişikliklər, "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi" çərçivəsində KOB-ların maliyyə resurslarına və kreditlərə çıxışında səmərəliliyin artırılması istiqamətində atılmış addımlar və ölkənin müxtəlif regionları üzrə kreditləşmə səviyyəsi, həmçinin KOB-ların maliyyələşməsinin daha da stimullaşdırılması üzrə reallaşdırılan müxtəlif təşviqedici tədbirlər barədə məlumat verib. İ.Alışov bildirib ki, ölkə başçısı tərəfindən 2019-cu il fevralın 28-də imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman ucuz maliyyə vəsaitləri hesabına bankların likvidliyini təmin edəcək ki, bu da öz növbəsində kiçik və orta sahibkarlıq subyektlərinin ucuz maliyyə resurslarına çıxışını təmin etməklə iqtisadiyyatda yeni canlanmaya səbəb olacaq.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Z.Nuriyev niyyət protokolunun əhəmiyyətini vurğulayaraq bildirib ki, kiçik və orta biznesin maliyyə əlçatanlığının inkişafı məsələlərinin müzakirə ediləcəyi yeni bir platforma formalaşdırılacaq ki, bu, həm dövlət, həm də kredit təşkilatları tərəfindən KOB-lara maliyyə dəstəyinin göstərilməsini təmin edən mövcud mexanizmlərin beynəlxalq təcrübəyə və sahibkarların ehtiyaclarına uyğun olaraq təkmilləşdirilməsinə imkan yaradacaq. Beləliklə, kiçik və orta biznes subyektlərinin maliyyə ehtiyaclarının öyrənilməsi, prioritet sahələrdə biznes fəaliyyətinin dəstəklənməsi və onların maarifləndirilməsi istiqamətində işlər daha da əlaqələndirilmiş formada həyata keçiriləcək.

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.: +994 50 228 92 40
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə