Dayanıqlıq
Təcrübəmiz 2007-ci ildən başlayır. Bu həm də bir böhran təcrübəsidir. Bizim üçün ən qiymətlisi maliyyə bazarının real şərtlərini obyektiv qiymətləndirmək və ciddi təşkilati və texniki səhvlərə yol verməmək qabiliyyətidir. Buna görə strategiyamız uzunmüddətli perspektivə yönəldilmişdir.
Çeviklik
Kreditləşməni minimuma endirmək üçün diqqətli olacağıq. Ofisimizdə olduğunuz zaman yüksək xidmətin nəticəsi olaraq vaxtınız maraqlı keçəcək, Siz özünüzü doğma evinizdəki kimi hiss edəcəksiniz. Əhatənizdə olan bir çox kiçik şeylərdən yalnız zövq və maksimum rahatlıq alacaqsınız.
Professional yanaşma
Hər şeydən əvvəl bizim əməkdaşlar peşəkar və gülərüz bir insanlardır. Öz işını sevərək böyük həvəslə çalışan ünsiyyətcil kollektivimiz işinizin bütün mərhələlərində sizə dəstək olmağa, biznesin inkişafına öz töhfəsini verməyə, maliyyə və hüquqi sahədə dəstək verməyə hər zaman
hazırdır.
Kreditləşmə sahəsində uzun müddətli təcrübə.
Uzun illərin təcrübəsi, praktika və böyük komanda səyləri işimizin təşkili, kreditləşdirmə və biznesin qiymətləndirməsi ilə əlaqəli məsələləri lazımi səviyyədə təkmilləşdirməyə və çatdırmağa imkan verir. Yalnız gələcəyə istiqa- mətlənib möhtəşəm nəticələr əldə edə bilərik.
Qiymətli kağızlar bazarında böyük uğurlar
Qiymətli kağızlar bazarında fəal iştirakçıyıq. 24 Dekabr 2015-ci il tarixindən etibarən Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Finex Kredit” BOKT ASC -nin qiymətli kağızları BFB-də standard bazar seqmentində listinqə daxil edilən ilk üç şirkətlərdən biridir.
Filiallar şəbəkəsi
Bizim fəaliyyətimiz ölkəmizin böyük bir ərazisini əhatə edir. Bakı şəhərində yerləşən Baş ofisimiz , Gəncədə 2 filialımız, eləcə də Sumqayıt şəhərində, Zaqatala, Şəmkir, Goranboy və Qəbələ rayonlarında fəaliyyət göstərən filiallar həftənin 5 günü Sizin xidmətinizdədir.
Təhlükəsizlik
Girov əşyalarının, qızıl məmulatlarının düzgün qiymətləndirilməsi, icarəyə götürülmüş bank seyflərində saxlanılması və müntəzəm monitorinqi , məxfilik şəraitində inkassasiyanın təşkil olunması Şirkətimizin təhlükəsiz fəaliyyət göstərməsinin və dayanıqlılığının başlıca şərlərindən biridir.