Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə
Əlaqə telefonu:
+994 12 440 56 15

09.01.2018. Online xidmətlərin sayı artır.

“Finex Kredit” BOKT veb-səhifəsinin online satış platforması vasitəsi ilə öz xidmətlərini təklif etməyə başlamışdır. Bu resurs vasitəsi ilə müştərilər ofisə daxil olmadan istədikləri maliyyə-kredit məhsulundan faydalanmaq üçün elektron müraciət göndərmək imkanı əldə etmişlər. Daxil olmuş müraciət şirkətdə dərhal təhlil olunaraq onu göndərən şəxslə əlaqə saxlanılır və xidmət müştəriyə ən yaxın filial vasitəsi ilə qısa zamanda təqdim olunur. Müştərinin şəxsi məlumatlarının qorunması və əməliyyatların təhlükəsiz şəkildə həyata keçirilməsi yüksək səviyyədə və sürətlə aparılır. Bu xidmətlər müştərilər tərəfindən rəğbətlə qarşılanır, müştəri məmnunluğunu artırmaqla onların vaxt itkisinin qarşısını alır . Son dövrlər bu cür müraciətlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Daxili statistikaya əsasən müştərilər Şirkətə daha çox mikrokreditlər üzrə elektron müraciət etmişlər və bu müraciətlərin hər biri şirkətin əməkdaşları tərəfindən diqqətlə öyrənilmiş və müvafiq qərar verilmişdir. “Finex Kredit” Bank olmayan kredit təşkilatı öz satış şəbəkəsini daha da inkişaf etdirərək, gələcəkdə də alternativ satış kanalarını aktivləşdirməyi planlaşdırır.

http://finexkredit.az/#credits

Əlaqə
Tel.: +994 12 440 56 15
Mob.: +994 50 228 92 40
Faks:
E-mail: info@finexkredit.az
Ünvan
Bakı ş., S. Rüstəm küç. 11
Bölmələr
Əsas səhİfəHaqqımızdaXəbərlərKredİtlərİstiqrazlarFiliallarHesabatlarƏlaqə